İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın İrəvandakı diplomatından ilginc mövqe

İran Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil.

Musavat.com bildirir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri erməni mediasına deyib. Zohuri Ermənistan və İran arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə həsr olunmuş “Ümumi maraqlar kontekstində Ermənistan-İran münasibətləri” seminarında bildirib ki, digər ölkələr regionda təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verə bilər.

Problemlərin region ölkələrinin iştirakı ilə həllinə gəlincə, bu, dialoq və müzakirələrə əsaslanacaq təhlükəsizliyi və sülhü təmin edə bilər, səfir əlavə edib.

Ermənistan sərhədini özünün “qırmızı xətti” sayan İranın İrəvandakı diplomatının Aİ heyətinə qucaq açması maraqlı məqamdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR