Onlayn ictimai-siyasi qəzet
İran İsrailin hücumuna hazırdır və dərhal cavab verəcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi NTV telekanalına müsahibəsində bildirib.
“İran İsrailin hücumuna hazırdır, biz dərhal cavab verəcəyik, lakin ümid edirik ki, bu baş verməyəcək”, – nazir deyib.
Xatırladaq ki, oktyabrın 1-də İran HƏMAS, “Hizbullah” hərəkatlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın elit hərbi qüvvələri) rəhbərliyindəki əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə kütləvi raket zərbəsi endirmişdi.
İsrail Baş Qərargahı hücuma cavab verəcəyini vəd edib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ