İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adı dəyişdirilə bilər.

Bunu ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə müsahibəsində deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddialara belə cavab verib: “Gözləntim bunun olmasıdır. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.

E.Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olacağını istisna etməyib.**report.az

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

01 May 2025

BÜTÜN XƏBƏRLƏR