İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Zabitimizlə bağlı saxta rəy verən ekspert dərhal həbs olunmalıdır" - "Tərtər işi"nin hesabatı niyə verilmir?

"Bu gün cəmiyyətdə ən çox müzakirə olunan, ən çox narahatlıq doğuran məsələlərdən biri məhz "Tərtər işi" ilə bağlıdır. Xeyli müddətdir ki, yeni istintaq qrupu yaradılıb. Lakin cəmiyyəti narahat edən bir çox suallara aydınlıq gətirilməyib. 1-2 nəfərin həbsi məsələdən çıxış yolu deyil".

Bunu Musavat.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

b0f1c17e25fcfeadd0ca8e3984aa5c29.jpg (25 KB)

O bildirib ki, bu məsələ tam aydınlaşdırılmalıdır:

"General Bəkir Orucov və hüquqşünas Rahib Məmmədov "Tərtər işi"ndə son sözü deyən şəxslər olmayıb. Düşünürəm ki, bunun ardı gəlməlidir və gələcək. Hesab edirəm ki, burada rütbəli şəxslərin məsuliyyəti var. O məsuliyyət də hüquqi qiymətini almalıdır. İstintaq qrupu 9 ay ərzində hər hansı bir hesabatla çıxış etməyib. Ona görə də yayılan şayiələrin qarşısını almaq üçün istintaq qrupu 2-3 aydan bir, yaxud da 6 aydan bir mətbuata müfəssəl məlumat verməlidir. Hesab edirəm ki, "Tərtər işi"ndə hələ xeyli insanlar məsuliyyətə cəlb olunmalıdır. Naxçıvandan olan zabitimiz Təmkin Nizamioğlu ilə bağlı saxta rəy verən ekspert dərhal həbs olunmalıdır. İnsanların ölüm səbəbi ilə bağlı tibbi rəy verən adam saxtakarlıq edibsə, o, dərhal cəmiyyətdən təcrid olunmalıdır. İttiham aktını təsdiqləyən hakimlər, prokurorlar cəzalarını almalı, günahsız yerə həbsdə yatan insanlar azad edilməlidir. Bu gün cəmiyyətdə olan gərginliyin əsas səbəblərindən biri məmur özbaşınalığıdır. 2000-ci ildən bu yana vətənə xəyanət maddəsi ilə ittiham olunmuş şəxslərin işi yenidən araşdırılmalıdır".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR