İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yeni geosiyasi nizam yaranır - Bu ölkələrdə HƏYƏCAN TƏBİLİ

Yaponiyanın baş naziri Fumio Kişida dünən Ukraynanın paytaxtı Kiyevə səfərindən sonra Polşanın paytaxtı Varşavada həmkarı Mateuş Moravyeçki ilə görüşüb. İki baş nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, Polşanın baş naziri Moravyeçki çıxışında Polşa və Yaponiyanın Rusiyanın sərhədində yerləşməsinə baxmayaraq, rus imperializminin beynəlxalq nizam və dünya sülhü üçün təhlükəsini çox yaxşı başa düşdüklərini bildirib.

"Gözümüzün önündə yeni geosiyasi nizam yaranır. Polşa və Yaponiya kimi həmfikir ölkələr azadlıq, sabitlik və sülh mövzusunda bir-biri ilə sıx əməkdaşlıq etməlidirlər", - deyən Moravyeçki Çin prezidenti Si Cinpinin Moskvaya son səfərinin onları narahat etdiyini bildirib.

Çin-Rusiya tərəfdaşlığının təhlükəli olduğunu deyən Polşanın baş naziri Pekini təcavüzkar siyasətində Moskvaya dəstək verməməyə razı salmağa çalışdıqlarını bildirib. 

Yaponiyanın baş naziri Kişida isə Rusiyanın Ukraynaya hücumunun uzadılmasının Polşanın üzərinə düşən yükü daha da artırdığını, buna görə də Polşaya qarşı xüsusi bir mövqe tutmağa və birgə layihələrin sayını artırmağa qərar verdiklərini bildirib.

"Rusiyanın Ukraynaya təcavüzünün tez bir zamanda sona çatması üçün həmfikir ölkələr bir yerdə qalmalı, Ukraynaya yardım etməli və Rusiyaya qarşı sərt sanksiyaları davam etdirməlidir" - Fumio Kişida deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR