İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Tokioda içində 300 sərnişinin olduğu təyyarə yanır - VİDEO

Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Tokionun Haneda hava limanında uçuş-enmə zolağında alovlanıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiya ictimai televiziyasının yaydığı görüntülərdən aydın olur ki, yanğın təyyarənin mühərriklərindən birində baş verib. Televiziya görüntülərinə görə, təyyarənin qanadlarından biri ciddi şəkildə yanıb, təyyarənin mühərriki isə yerə söykənib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır.

NHK telekanalının məlumatına görə, hava limanının kameralarına düşən videogörüntülər alovun təyyarənin eniş anında başladığını göstərir.

Daha sonra telekanal Yaponiyanın JAL şirkətinə məxsus təyyarənin Tokio hava limanı üzərində səmada sahil mühafizə təyyarəsi ilə toqquşduğunu bildirib. Məlumata görə, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb, bütün sərnişinlər və ekipaj üzvləri - cəmi 400 nəfər təxliyə edilib.

@@TVmusavat/76059@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR