İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Sonuncu qala"da zamana qarşı DÖYÜŞ GEDİR - Ukraynadan ŞOK HƏMLƏ

Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün, demək olar ki, bütün gücünü səfərbər edib, Ukrayna isə...

Ukrayna Baxmutun qərbində əks hücuma keçib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.

"Son günlərdə Ukrayna qüvvələri Donetsk vilayətində yerləşən Baxmutun qərbində, təhlükə altında olan H-32-yə təzyiqi azalda biləcək yerli əks-hücuma keçiblər" - məlumatda bildirilib.

Hesabatda, həmçinin bildirilib ki, şəhərin mərkəzində qarşıdurmalar davam edir və Ukrayna müdafiəsi şimal və cənubdan mühasirəyə alınma riski ilə üz-üzədir.

Xatırladaq ki, Rusiyanın muzdlu “Vaqner” qrupunun qurucusu və sahibi Yevgeni Priqojin Baxmutun şərq hissəsini tam nəzarətə götürdüklərini açıqlamış, NATO isə Baxmutun qısa zamanda işğal ediləcəyini biləcəyini bildirmişdi.

Ukrayna lideri Volodimir Zelenski isə Baxmutu son gücünə qədər müdafiə edəcəklərini və şəhərin qala kimi müdafiə olunduğunu bəyan etmişdi.

Bundan başqa, Zelenski müharibədəki son vəziyyətlə bağlı verdiyi məlumatda Ukraynanın taleyini təyin edəcək cəbhəni açıqlayıb.

“Ukraynanın gələcəyi şərqdəki döyüş meydanlarından asılıdır. Rusiya qüvvələrinin şərqdəki Baxmut və digər şəhərlərdə dayandırılması vacibdir" - o deyib.

Şərqdəki müharibəni “çox çətin, çox ağrılı” kimi xarakterizə edən Ukrayna lideri “düşmənin hərbi gücünü məhv edəcəklərini” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR