Onlayn ictimai-siyasi qəzet
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata əsasən, onlar Qorus və Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrindən çıxmağa başlayıblar.
Qeyd edək ki, rus qoşunları 44 günlük müharibədən sonra - 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşmışdılar.
Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Ayk Koncoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan etmişdi.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ