İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin növbəti həmləsi bəlli oldu - ŞOK XƏBƏRDARLIQ

Cümə günü Krımı Rusiya ərazisinə birləşdirən strateji əhəmiyyətli Krım körpüsünün partladılması iki ölkə arasında gərginliyi daha da artırıb.

Musavat.com xəbər verir ki, Vladimir Putin hücumu “terror aktı” adlandırıb və Kreml terror aktını hazırlayan və dəstəkləyən şəxslərin müəyyən edildiyini açıqlayıb.

KİYEVDƏ NƏ BAŞ VERİR?

İki ölkə arasında pik həddə çatan gərginlik dünya miqyasında narahatlığın artmasına səbəb olub.

Rusiyanın qisas alacağı ilə bağlı çoxsaylı iddiaların səsləndiyi bir vaxtda bu səhər Ukraynanın paytaxtı Kiyevdən qorxunc xəbər gəlib. AFP-nin son dəqiqə məlumatına görə, səhər saatlarında paytaxtda 3 güclü partlayış baş verib.

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə tikilən və 2018-ci ildə açılışı olan körpü cənubda, xüsusən də Ukraynada döyüşən rus əsgərlərinə hərbi texnikanın daşınmasında və qoşunların keçidində əsas nəqliyyat əlaqəsi olub. Rusiya Ukraynada apardığı döyüşlərə baxmayaraq, körpünü təhlükəsiz saxlamışdı, lakin hücum ediləcəyi təqdirdə Kiyevi qisas alacağı ilə hədələmişdi.

Xatırladaq ki, Putin iyun ayında “Ukrayna bu körpünü zədələsə, Kiyevi vuracağıq” demişdi.

İNTİQAM QƏRARI BU GÜN VERİLƏCƏK

Krım körpüsünü hədəf alan hücumdan sonra Rusiya prezidenti Vladimir Putin bu gün təhlükəsizlik şurası ilə “fövqəladə” iclas keçirəcək və Kiyevə cavab qərarı verəcək.

Kritik görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, FSB daxili kəşfiyyat xidmətinin rəhbəri Aleksandr Bortnikov və baş nazir Mixail Mişustin iştirak edəcək.

Qərbdə Putinin cavabının nüvə müharibəsi olacağı ilə bağlı narahatlıqlar var, lakin Kreml bu iddiaları təkzib edib.

Britaniyalı general Lord Riçard Dannatt Kremlin Krıma hücumu "qırmızı xətt" kimi qiymətləndirdiyinə diqqət çəkib.

MEDVEDEVDƏN SƏRT BƏYANAT

Moskva Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sərt bəyanatla çıxış edib.

O, Rusiya ilə Krımı birləşdirən körpüyə hücuma görə məsuliyyət daşıyan terrorçuların öldürülməli olduğunu deyib:

"Rusiya bu cinayətə ancaq dünyanın hər yerində olduğu kimi terrorçuları öldürməklə cavab verə bilər. Rusiya vətəndaşlarının gözləntisi budur".

Daha bir qorxulu xəbərdarlıq hərbi analitik Aleksandr Kovalenkodan gəlib.

Kovalenko “Espreso TV”yə deyib ki, Rusiya Krım körpüsündə baş verən partlayışdan sonra mülki hədəflərə hücumları gücləndirə bilər. O iddia edib ki, bu hücumlar Sumı və Çerişiv kimi sərhəd bölgələrinə raket hücumları ola bilər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR