İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putindən mühüm həmlə: "Bütün dünya eşitməlidir!"

Rusiya prezidenti Vladimir Putin bu gün BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən hökumətlərarası təşkilat - red.) blokunun liderləri ilə videokonfransda Fələstin-İsrail münaqişəsini müzakirə edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Bundan sonra qrupun birgə bəyanat verəcəyi gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, BRİCS-in səsi dünyada eşidilməlidir.

BRİCS liderlərinin Qəzzada mövcud humanitar böhranla bağlı bəyanatlar verəcəyi sammitdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də iştirak edəcək.

Gələn il tam üzvlüyü başlayacaq Səudiyyə Ərəbistanı, Argentina, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla BRİCS-in yeni iştirakçıları da iclasa dəvət olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR