İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Lukaşenko MÜHARİBƏ ANONSU verdi: “Cavab qəddar olacaq! – detallar “Canlı debat”da

“Mən hələlik yalnız bir halda rusiyalılarla birgə Belarus ərazisindən savaşa başlaya bilərəm: əgər oradan bircə əsgər Belarus ərazisinə mənim insanlarımı öldürmək üçün keçərsə. Əgər onlar Belarusa təcavüz etsələr, cavab çox qəddar olacaq və müharibə tamamilə başqa xarakter alacaq”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko son müsahibəsində bildirib.

Belarusun “Belta” Dövlət Agentliyinin yayımladığı müsahibədə Lukaşenko bu sözlərinin “təkcə Ukraynaya aid olmadığını” bildirib.

Belarus Prezidenti Qərbin Polşanın əli ilə Ukraynanı parçalamaq istədiyini vurğulayıb və əlavə edib ki, hər şeyə rəğmən, Belarus müharibəyə qoşulmaqda maraqlı deyil: “Biz sülh adamlarıyıq. Biz müharibənin nə olduğunu bilirik. Biz müharibə sitəmirik və heç bir halda Ukrayna ərazisinə qoşun yeritməyə hazırlaşmırıq - əgər siz o tərəfdən Belarus ərazisinə hücum etməsəniz. Mənim cavabım budur və bu cavab çoxdan verilib…Əgər siz bizim torpaqlara girməyə cəsarət etsəniz, cavab dəhşətli olacaq və qərblilər bilirlər ki, necə və hansı silahlarla”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli ilə müzakirə edəcəyik. Müzakirədə tamaçaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR