İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Kiyevə BÖYÜK ŞOK - Putin qələbənin astanasındadır - Ukrayna geri çəkilir?

Rusiya qoşunları sənaye şəhəri olan Baxmutu ələ keçirməyə bir addım da yaxınlaşıb. Kiyev administrasiyasından diqqətçəkən açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi müşaviri Aleksandr Rodnyanski CNN-ə açıqlamasında Ukrayna qoşunlarının şəhərdən çıxarıla biləcəyini deyib.

"Əsgərlərimiz indiyə qədər Baxmutu tutublar. Lazım gələrsə, strateji olaraq geri çəkiləcəklər. Xalqımızın boş yerə ölməsinə icazə verməyəcəyik" - Rodnyanski ordunun bütün variantları nəzərdən keçirəcəyini bildirib. 

64005107c03c0e2ec44f1421.jpg (117 KB)

Ukraynalı deputat Sergey Rakhmanin də oxşar bəyanatla çıxış edib: "Nəyin bahasına olursa-olsun, şəhəri saxlamağın mənası yoxdur. Düşünürəm ki, sonda Baxmutu tərk edəcəyik. Qoşunlar planlı təxliyə ilə çıxarıla bilər".

Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut müharibənin son dövründə əsas nöqtəyə - Ukraynanın müqavimət simvoluna çevrilib.

Rus qoşunlarının amansız bombardmanlarına qarşı aylarla müdafiə mövqeyində olan Ukrayna qoşunları tükənmə həddinə çatıb. Zelenski şəhərdə vəziyyətin pis olduğunu etiraf edib və Moskva administrasiyasını insan həyatına məhəl qoymamaqda günahlandırıb.

640050b2c03c0e2ec44f141f.jpg (110 KB)

Qərb mediası Kiyev hökumətindən geri çəkilmə siqnalından sonra Putinin “böyük qələbənin astanasında” olduğunu yazıb.

"Rusiya qoşunları kritik şəhəri ələ keçirsələr, 6 aydan sonra böyük qələbə qazanacaqlar və Donetsk vilayətində qalan sonuncu şəhər mərkəzlərinin də ələ keçirilməsinə yol açılacaq. Bu yolla Rusiya bütün sənaye zonasına nəzarəti ələ keçirəcək" - Qərb mətbuatı yazır.

Müharibənin əvvəlində gözlədiyini ala bilməyən və ağır itkilər verən Rusiya 2022-ci ilin ikinci yarısından sonra yüz minlərlə ehtiyat əsgərlə bölgədə gücləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR