İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginlik artdı: Hərbi gəmilər hərəkətə keçdi

Çin Kanada hərbi gəmisinin Tayvan boğazından keçməsinə reaksiya verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Tayvan boğazının yerləşdiyi bölgədən məsul olan Çin Xalq Qurtuluş Ordusunun Şərq Cəbhəsi Komandanlığı Çin Dəniz və Hərbi Hava Qüvvələrinin Kanada gəmisini kurs boyu izlədiyi bildirib.

Bəyanatda gəminin keçməsi "Tayvan boğazında qəsdən problem yaratmaq, sülh və sabitliyi pozmağa yönəlmiş bir hərəkət" kimi xarakterizə edilib, komandanlığa bağlı qoşunların hər zaman tətikdə olduqları, hər cür təhdid və təxribata qarşı qətiyyətli tədbirlər görəcəkləri bildirilib.

Qeyd edək ki, Kanada Hərbi Dəniz Qüvvələrinə məxsus "Halifax" sinifli Ottowa freqatı dünən Tayvan boğazından keçib. Bu, Kanada hərbi gəmilərinin bu il Tayvan boğazından ilk, 2022-ci ildən isə bəri isə 6-cı keçidi olub.

Kanada gəmiləri əvvəlki səfərlərində ABŞ hərbi gəmiləri ilə boğazdan keçdiyi halda, bu dəfə gəminin tək üzməsi diqqət çəkib. ABŞ prezidenti Donald Trampın “Kanada ABŞ-ın suverenliyi altında olmalıdır” sözləri də son vaxtlar iki müttəfiq ölkə arasında gərginliyə səbəb olub.

Tayvan Xarici İşlər Nazirliyi isə keçidi dəstəklədiklərini və Kanadanın Tayvan boğazında azadlığı, sülhü müdafiə edən konkret hərəkət nümayiş etdirdiyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR