Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiya doğrudur.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, faktı “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan erməni mediasına təsdiqləyib.
O bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə ötən gün günortadan sonra gətirilib:
“Gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir. Xəritəyə baxsanız görərsiniz ki, Naxçıvan sərhədində “ciblər” doludur və Laçından Bazarçaya, Cermuka qədər düşmənin də həmin ərazilərdə cəmləşməsi müşahidə edilir”.
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ