İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada yallı gedən Paşinyanı sülh mələyinə çevirənlər: ABŞ-da yaşayan jurnalist sərt yazdı

Musavat.com xəbər verir ki, ABŞ-da yaşayan tanınmış jurnalist və diaspora fəalı Zaur Bayramlı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə “bəlkə bir kofe içək” deməsi ətrafında yaranmış hay-küyə münasibət bildirib.

Bayramlı sosial şəbəkədə paylaşdığı tənqidi yazıda Azərbaycanın daxili və xarici müxalif çevrələrindəki bəzi “Yevropeyski liberallar”ı sərt şəkildə hədəfə alıb.

Zaur Bayramlı yazır ki, bu “liberallar” dünəndən bəri Paşinyanı tərifləyib, onun bu jestini “pozitiv, konstruktiv, proqressiv” kimi qiymətləndirirlər:

“Azərbaycanın ‘Evropeysiki liberalları’ Tiranada Paşinyanın İlham Əliyevə yaxınlaşaraq ‘bəlkə bir kofe içək’ deməsini pozitiv, konstruktiv, proqressiv və daha nə bilim nə ‘iv’ hərəkət adlandıraraq, dünəndən bəri Paşiki övüb-övüb bitirə bilmirlər. Nikolu az qala sülhün təminatçısı kimi qələmə verirlər.”

Bayramlı qeyd edir ki, əslində bölgədə sülhün təminatçısı Azərbaycanın ordusu və xalqıdır:

“Bölgədə sülhün təminatçısının Azərbaycan xalqı, dövləti və ordusunun olduğunu dünyada bilməyən yoxdur. Sadəcə bilib də etiraf etməyən özgələr var. Bizim ‘Evropeyski liberallarımız’ da özlərini daim o özgələrin sırasında göstərməkdən həzz alırlar.”

O, həmin dairələrin Paşinyanı bu nöqtəyə öz iradəsi ilə gəlmiş kimi göstərmələrini də sərt tənqid edir:

“Onların bunu deməyə cəsarətləri və ya milli heysiyyatları yoxdur ki, Paşinyan bu nöqtəyə özbaşına gəlmədi – Şuşada şərab içib yallı gedən, yayxalanıb sərilən, ‘Şuşi, Şuşi’ deyə bizə yanıq verən Nikolu indi sizin gözünüzdə ‘pozitiv, konstruktiv, proqressiv’ göstərən duruma Azərbaycanın qəhrəman ordusu və bu orduya əmr verən qalib Ali Baş Komandanı gətirdi – dəmir yumruqla təpəsinə döyə-döyə…”

Zaur Bayramlı Paşinyanın səsləndirdiyi istənilən “obyektiv” ifadələrin arxasında qorxu və siyasi zərurətin dayandığını bildirir:

“Əgər bir erməni həqiqətə yaxın bir söz söyləyir və müsbət davranış sərgiləyirsə, bunu qorxduğu üçün edir, yaxşı və obyektiv insan olduğu üçün deyil. Bunu tarix bizə artıq 100 ildən çoxdur ki, dəfələrlə göstərib, amma təəssüf ki, ‘bizdən biriləri’ hələ də bu dəyişməz həqiqəti anlamaq istəmirlər.”

Bayramlı yazısını belə yekunlaşdırır:

“Anlayırıq, düşməni tərifləmək, sevimli göstərmək üçün fürsət gəzirsiniz, amma heç olmasa Paşinyanda olduğunu iddia etdiyiniz obyektivliyin bir azı da sizdə olsun, Tanrının haqqını Tanrıya, Sezarın da haqqını Sezara verin!”

BAURAMLİ.jpg (106 KB)

Qeyd edək ki, Zaur Bayramlının “Yevropeyski liberallar” ifadəsi ilə nəzərdə tutduğu çevrələr həm ölkə daxilində, həm də xaricdə Paşinyanla eyni mərkəzdən maliyyələşən, siyasi tezislər alan müxalif qruplardır. Bayramlıya görə, bu kəsimlər Paşinyanı “demokrat lider” kimi təqdim etməyə çalışaraq, əslində Azərbaycanın milli maraqlarına zidd informasiya mühiti formalaşdırırlar.

Musavat.com Tiranadakı o məqamla bağlı fraqmenti də yazıya daxil edir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR