Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış yer elmləri üzrə mütəxəssisi Prof. Dr. Celal Şengörün sosial mediada yayımlanan bir videodakı açıqlamaları ölkədə rezonans doğurub.
Musavat.com “Haberler.com” saytına istinadən xəbər verir ki, Şengör videoda “Mən Türk xalqı qədər cahil bir toplum tanımadım” və “Türkiyə sivilizasiyadan uzaq bir ölkədir” kimi ifadələr işlədib.
Məsələ ilə bağlı Beykoz Prokurorluğu araşdırmalara başlayıb. Hazırlanan ittiham aktında Şengörün sözlərinin Türk millətini alçaldan və təhqir edən xarakter daşıdığı bildirilib.
İstintaq çərçivəsində professorun fikirlərinin cəmiyyətdə ciddi narazılıq yaratdığı vurğulanıb. Prokurorluq “Türk millətini alçaltmaq” ittihamı ilə Şengörün 2 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ