Onlayn ictimai-siyasi qəzet
Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işinə düzəlməyə gələn şəxs rəsmi olaraq işə çıxmadan burnunu sındırıblar. Buna səbəb skuter sürən şəxslə mübahisə etməsi olub.
Musavat.com xəbər verir ki, Təhməz Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işinə düzəlmək üçün həmin İdarədə çalışan tanışının yanına gəlib.
İşə çıxmadan əvvəl ona görəcəyi işlə bağlı məsləhətlər verilib. Hadisə günü İdarənin mühafizəçiləri ilə Bulvarda olan zaman o da skuter sürənlərə nəzarət edirmiş. Skuteri nəzərədə tutulmuş zolaqla sürməyən şəxslərə xəbərdarlıq edirmiş.
Həmin vaxt Bulvarda skuter sürənlərdən biri də 21 yaşlı Ramiz olub. Ramiz dostları ilə skuter zolağından kənarda skuter sürərkən Təhməz onlara xəbərdarlıq edib. Təhməz mühafizəçi fomasında olmadığına görə Ramizlə aralarında mübahisə yaranıb.
Ramizin forması olmayan Təhməzin ona irad bildirməsi xoşuna gəlməyib və mübahisə böyüyüb.
Məlumata görə, Təhməz Ramizə “küçük, zolaqla sür” deyib. Mübahisə böyüyüb və Ramiz kəllə ilə Təhməzin sifətinə vurub.
Burnu sınan Təhməz deyib ki, Ramizə “küçük” deməyib. Onun sözlərinə görə, Ramizə və digər skuter sürənlərə xəbərdarlıq edən zaman onun yanında İdarənin mühafizəçiləri də olub.
Bu hərəkətinə görə Ramizə qarşı xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb. İstintaq zamanı onlar arasında barışıq əldə edilib.
Məhkəmənin hökmü ilə Ramiz barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində Ramiz elektron qolbaq gəzdirməli olacaq.
İ.Muradov
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ