İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur müğənnisindən Ərdoğan AÇIQLAMASI – Ona səs verməmişəm, amma...

Uzun müddətdir ki, ictimaiyyətdən uzaq bir həyat sürən məşhur müğənni Hilal Cebeci PKK-nın özünü buraxmaq qərarı ilə bağlı verdiyi açıqlamayla yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Cebeci sosial şəbəkə üzərindən etdiyi paylaşımda bu prosesi Türkiyə üçün müsbət bir inkişaf kimi dəyərləndirib.

O, paylaşımında qeyd edib:

“PKK silahı yerə qoyub, vətənimiz və millətimiz üçün xeyirli olsun. Artıq heç bir gənc qardaşımız həyatını itirməyəcək.

Həyatım boyu Ərdoğana səs verməmiş bir insan olaraq bu saatdan sonra səsim onundur. Çünki bu, çox böyük bir problemin həllidir”.

Hilal Cebecinin bu sözləri sosial mediada əks-səda doğurub. Həm dəstək, həm də tənqid dolu çoxsaylı şərhlər alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR