Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp gəlirlərinə görə dünyanın ən böyük pərakəndə satış şirkəti olan Ameriak korporasiyası Walmart-ı Ağ Ev administrasiyasının tətbiq etdiyi gömrük rüsumları səbəbindən malların qiymətlərini artırmaq qərarına görə sərt şəkildə tənqid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, korporasiyadan "tarifləri yeməsini" tələb edərək onun "hörmətli müştərilərdən heç nə almamalı" olduğunu bildirib:
"Mən sizsi izləyəcəm, alıcılarınız da həmçinin! Walmart bütün zəncir boyu qiymət artımının səbəbi kimi tarifləri göstərməyə çalışmağı dayandırmalıdır. Walmart keçən il milyardlarla dollar qazandı ki, bu da gözləniləndən qat-qat artıqdır".
Walmart-ın Baş Maliyyə direktoru Con David Reyni mayın 15-də bildirib ki, şirkət "qiymətlərin bu qədər sürətl artmasını və bu qədər yüksək olduğunu heç vaxt görməmişdi və bu, çətin bir mühit yaradır".
Reyni "Tramp administrasiyasının aprelin əvvəlində elan edilən tariflərlə müqayisədə əldə etdiyi irəliləyişdən məmnun qaldığını, lakin onların hələ də çox yüksək olduğunu" söylədi. O, korporasiyanın "qiymətləri mümkün qədər aşağı saxlamaq üçün təchizatçılarla işləməyə çalışacağını" deyib.
Walmart idxal tariflərinə cavab olaraq qiymətləri qaldıran və ya qarşıdan gələn qiymət artımları barədə xəbərdarlıq edən çoxsaylı şirkətlərin sırasına qoşulub. Bu ayın əvvəlində Microsoft, Xbox oyun konsollarının pərakəndə satış qiymətlərini artıracağını açıqlayıb. Ford keçən həftə xəbərdarlıq etmişdi ki, bəzi avtomobillərdə qiymətləri qaldırmalı olacaq.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ