İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Bayden Kiyevə niyə gəldi; Putin üçün müharibə indi başlayır – Rusiya hərbi təyyarələri havaya QALDIRDI -“CANLI”da

“ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək”. Bunu Birləşmiş Ştatların Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.

Onun sözlərinə görə, yardım paketi fevralın 21-də elan olunacaq.

Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Ukraynaya səfər edib.

Co Bayden artıq Kiyevdədir. Bununla bağlı videogörüntülər də yayılıb. ABŞ Prezidenti artıq Zelenski ilə birgə Kiyevdəki Mixaylovsk kilsəsinə baş çəkib və Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edib. Həmin vaxt Kiyevdə hava həyəcanı siqnalları verilməyə başlayıb. Bunun Rusiya hərbi təyyarələrinin Belarus ərazisində, yaxud Rusiyanın Ukrayna ilə sərhəd zonalarında havaya qalxması ilə əlqələndirirlər.

Bu, Baydenin ABŞ Prezidenti statusunda Ukraynaya ilk səfəridir və Ukrayna paytaxtının demək olar hər həftə raket zərbələrinə məruz qalması fonunda baş verir. Onu da xatırladaq ki, Vladimir Putin indiyə kimi "Rusiya ərazisi" elan etdiyi Donbas bölgəsinə bir dəfə də səfər etməyə cəsarət etməyib...

Qeyd edək ki, bu səfər Ukrayna üçün böyük siyasi və mənəvi dəstək yükü daşıyacaq. Rusiyanınsa onsuz da ayaqlar altına atılmış nüfuzuna daha bir ağır zərbə olacaq. Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR