İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ Rusiyaya qarşı hərəkətə keçir

ABŞ Ədliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar və ixrac nəzarətindən yayınma hallarını araşdırmaq üçün 25 yeni prokuroru işə götürüb.

Musavat.com-un xarici agentliklərə istinadən xəbərinə görə, bu barədə ABŞ baş prokurorunun köməkçisi Mett Olsen məlumat verib.

Olsenin sözlərinə görə, prokurorlar məhdudiyyətlərdən yayınma hallarını araşdırmaq üçün böyük şirkətlərlə işləyəcəklər. Qanun pozuntuları aşkar edilərsə, Ədliyyə Nazirliyinin yeni əməkdaşları həmin korporasiyalara qarşı cinayət işi aça biləcəklər.

Qeyd edək ki, ötən il ABŞ və onun Qərb müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq Moskva lazımi malların tədarükü üçün İran, Çin, Türkiyə kimi ölkələrin dövlət və özəl şirkətlərinin xidmətlərindən istifadə etməyə başlayıb.

ABŞ Ədliyyə Departamenti, Ticarət Departamenti və Xəzinədarlıq birgə bəyanat yayaraq, məhdudiyyətlərə əməl etməyən ölkələrə ciddi xəbərdarlıq edib.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Rusiya üçün Çin, Ermənistan, Türkiyə və Özbəkistan tranzit məntəqələri kimi istifadə edilə bilər. Eyni zamanda, Avropa Statistika İdarəsinin məlumatına görə, müharibənin ilk 9 ayı ərzində Avropa İttifaqından Rusiyaya malların çatdırılmasının həcmi 47% azalıb. Avropanın Rusiyaya, ilk növbədə Gürcüstan, Qazaxıstan və Qırğızıstana ixracı 48% artıb. Rusiyanın adları çəkilən ölkələr vasitəsilə Qərb mallarını ala bildiyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR