İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! 3 ölkə arasında GƏRGİNLİK PİK HƏDDƏ - Ordu hərəkətə keçdi

ABŞ prezidenti Co Bayden tərəfindən imzalanan və ABŞ-ın 2023-cü maliyyə ili müdafiə büdcəsini özündə əks etdirən Milli Müdafiə Səlahiyyət Aktı (NDAA) Çin, Tayvan və ABŞ arasında gərginliyi artırıb.

Musavat.com xəbər verir ki, qanunda Tayvanla bağlı müddəaların “vahid Çin” prinsipinə və Çin ilə ABŞ-ın birgə bəyannaməsinə zidd olduğunu iddia edən Pekin digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlamasını “suverenliyin pozulması” kimi qiymətləndirir.

63a927547af5072cf0dacbb2.jpg (74 KB)

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada qanundakı müddəaların Tayvan boğazının sülh və sabitliyinə ciddi şəkildə təsir etdiyi irəli sürülüb.

Pekin sözügedən hərəkətə qəti cavab verəcəyini dedikdən sonra nəhəng bir təlimə başlayıb və Tayvana 71 təyyarə və 7 döyüş gəmisi göndərib.

Dünən səhər saat 6-dan başlayaraq 1 sutka davam edən güc nümayişi çərçivəsində J-16, J-1, Su-30-lar da daxil olmaqla 47 döyüş təyyarəsi iki ölkə arasında qeyri-rəsmi sərhəd sayılan Tayvan boğazını keçib. Tayvan Çinin təlimindən sonra həyəcan vəziyyətinə keçib və raket sistemlərini işə salıb.

63a927657af5072cf0dacbb4.jpg (78 KB)

Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Əməliyyat Bölgəsi Komandanlığının sözçüsü, polkovnik Şi Yi bildirib ki, təlimdə birgə döyüş hazırlığı və müştərək atəş gücü məşqləri keçirilir. Təlimin ABŞ və Tayvanın təxribatlarına qətiyyətli cavab olduğunu qeyd edən Şi Yi Çin ordusunun ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

Qeyd edək ki, Milli Müdafiə Səlahiyyət Aktı (NDAA) Birləşmiş Ştatların Tayvana təhlükəsizlik dəstəyi və ümumilikdə 10 milyard dollar dəyərində silah verməsini nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR