İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-in tabeliyində ən çox icra olunan əməliyyatlar AÇIQLANDI


"2023-cü ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31% -i isə özəl tibb müəssisələrində icra edilib".

Musavat.com xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib. O qeyd edib ki, TƏBİB-n tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər bunlardır: "TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq, ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı – 47%, həzm sistemində aparılan əməliyyatların sayı – 14%, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı – 12 %, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı – 9%, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı – 5% və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48%-ni təşkil etmişdir.

TƏBİB-n tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31% təşkil etməklə, onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı – 35%, gözdə aparılan əməliyyatlar – 28%, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları – 23%, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi – 6% olub".

V.Qurbanov həmçinin, bildirib ki, Xidmətlər Zərfinə tətbiq edilmiş dəyişikliklərlə əlaqədar olaraq tibb müəssisələri tərəfindən tibbi xidmətlərin xəstəxana idarəetmə sisteminə (E-TEBİB portalına) daxil edilməsi məqsədilə İşçi qrup yaradılaraq test bazasında tibbi xidmətlərin E-TEBİB portalında yoxlama işləri aparılmışdır və yeni Xidmətlər Zərfinin tətbiqi yekunlaşıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR