İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb

Tayvanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub.

Silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.

Qeyd edək ki, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 helikopteri, J-10 və J-11 qırıcıları olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR