İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taxıl dəhlizi” ilə Ukraynanın 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsullar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində noyabrın 3-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 7 gəmi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 290 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa, Afrika ölkələrinə yola salınıb.

“Oktyabr ayında Rusiya Bosfor boğazında yoxlamanı süni şəkildə əngəlləməsəydi, ixracın həcmi 30-40 faiz çox ola bilərdi”, - deyə hesabatda bildirilir.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR