Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyinin 2-ci ərazi bölməsinin rəisi, Tavuş rayonunun hərbi komissarı Lernik Ohanyanın döyülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb.
Musavat.com bildirir ki, cinayət işi Ermənistan Respublikası Cinayət Məcəlləsinin 167-ci (sağlamlığa orta dərəcədə zərər vurma) və 1-ci bəndin 2-ci hissəsi. ER Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddələri əsasında qaldırılıb.
İstintaq Komitəsindən bildirdiyinə görə, Lernik Ohanyanla Tavuş vilayətinin sakinləri Q.Atoyan və V.Yesayan arasında mübahisə baş verib və bu zaman Atoyan və Yesayan Ohanyanı döyüblər. Hərbi komissar zərərçəkmiş kimi tanınıb. Müstəntiqlərin fikrincə, insident Oqanyanın rəsmi vəzifəsi ilə bağlı deyil, sadəcə olaraq yanacaqdoldurma məntəqəsi üçün növbə ilə bağlı mübahisənin nəticəsidir.
Hərbi komissarın döyülməsində şübhəli bilinən şəxslər saxlanılaraq onlara qarşı ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onlardan biri barəsində həbs qətimkan tədbiri, digəri barəsində isə ev dustaqlığı seçilib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ