İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatul Akopyan: “Ermənistan özü vəziyyəti müharibə həddinə çatdırdı”  

 

“2020-ci ildə Azərbaycanla müharibənin alovlanmasında Ermənistan özü günahkardır”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə jurnalist Tatul Akopyan öz Facebook səhifəsində yazıb.

“Müharibədən qaçmaq üçün üç əsas seçimimiz var idi.

1.Azərbaycan və onun arxasında duran Türkiyədən güclü olmaq.

Lakin bu, ölkənin sadəcə demoqrafik xüsusiyyətlərinə, böyüklüyünə və resurslarına görə real deyildi.

2.Qarabağın statusunun açıq saxlanması, Ermənistanın birinci prezidentinin təklif etdiyi 6 rayonu qaytarılması.

Lakin bu, reallığa çevrilmədi, çünki pul, tamah və hakimiyyət arxasınca gedən kriminal kvartet dövlət çevrilişi (Köçəryan və  “Qarabağ” klanının hakimiyyətə gəlməsi nəzərdə tutulur-red.) həyata keçirdi.

3.Qarabağın işğalından və müstəqillikdən vaz keçilməsi, “referendum” kimi danışıqlar prosesinin altına mina qoyan prosesdən imtina edilməsi, Qarabağın de-yure Azərbaycanın tərkibində və de-fakto ali muxtariyyətə malik müstəqil qurum kimi tanınması, habelə digər təminatlarla Azərbaycan-Ermənistan münasibətlərinin qurulması.

Lakin erməni siyasi düşüncəsi belə bir fürsəti və lazım olanı əldə etmək perspektivini rədd etdi. Biz sadəcə istədiklərimizin, arzularımızın arxasınca düşdük, yəni müharibə yolu ilə qan tökməklə,  öz-özünü parçalamaqla torpaqları itirmək yolunu seçdik”,-deyə Akopyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR