İnsanlara hürriyət, millətlərə istiqlal!

Tariflər ABŞ-ın hərbi xərclərini kəskin artıra bilər

ABŞ Prezidenti Donald Trampın tarifləri və təhdidləri Kanada ilə hərbi tərəfdaşlığı pozarsa, Pentaqon düşmən təhdidlərini izləmək qabiliyyətinin bir hissəsini itirə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qreqori Gilot ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı çıxış edib.

Onun sözlərinə görə, Kanadanın radarları olmasaydı, şimal vektoru resurslardan məhrum olardı. General həmçinin bildirib ki, bu, "düşmənlər üçün Şimali Amerikaya gedən ən sürətli və asan yol olan" şimal vektorunda situasiya məlumatlılığının və reaksiyanın kəskin azalması ilə nəticələnəcək.

General əlavə edib ki, ABŞ təhlükələri aşkar etmək qabiliyyətini bərpa etmək üçün radarlara, təyyarələrə və gəmilərə çoxlu pul xərcləməli olacaq. O, həmçinin qeyd edib ki, hazırda fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkənin hərbi qulluqçuları arasında münasibətlər “həmişəkindən daha güclüdür”.

Bundan əvvəl Kanadanın baş naziri Mark Karni ölkəsinin ABŞ-ı dünya lideri kimi əvəz etməyə hazır olduğunu bəyan edib. Karniyə görə, ABŞ-ın qlobal iqtisadi liderlik bayrağını daşıdığı 80 illik dövr başa çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

06 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR