İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanışını ürəyindən bıçaqladı -Qətlin təfərrüatı

Suraxanı rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən Ravil Baybəyovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ravil Baybəyov saxlanılaraq istintaqa təhvil verilib.

İş üzrə dindirilmiş Ravil Baybəyov ifadəsində bildirib ki, Fəxrəddin Əsədovla təxminən 3 il əvvəl tanış olub. Narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra aralarında dostluq münasibəti yaranıb. Birlikdə müxtəlif narkotik maddələr qəbul ediblər. Bir müddət sonra tanışı onun yaşadığı evə köçərək orada kirayədə yaşayıb.

Martın 28-i saat 19:00 radələrində evdə yenidən birlikdə Fəxrəddinin gətirdiyi narkotik maddəni qəbul ediblər.Növbəti gün saat 10:00 radələrində tanışı narkotik vasitəyə ehtiyacı bu səbəbdən də bədənində ağrılar olduğunu deyib. Narkotik maddə almağa pulları olmayıb. Ağrılara dözə bilmədiyini deyən Fəxrəddin qışqıranda səs-küy saldığına görə iradını bildirib ondan sakit olmasını tələb edib. Amma tanışı onun sözlərinə məhələ qoymayaraq yenədə qışqırmaqda davam edib və onun ünvanına söyüş söyüb. Fəxrəddinin nalayiq ifadələr işlətməsindən qəzəblənərək uzandığı yerdən qalxıb onun üzərinə gedib və bir daha sakitləşməsini tələb edib. Ardınca masanın altından götürdüyü bıçaqla ürək nahiyyəsinə bir zərbə vurub.

Ravil Baybəyov ifadəsinin davamında bildirib ki, daha sonra küçəyə çıxaraq yoldan keçən tanımadığı şəxsə evində qalan tanışının özünə bıçaqla xəsarət yetirdiyini deyib vı ondan təcili yardım çağırmasını xahiş edib. Evə gələn həkimlər müayinə zamanı Fəxrəddinin artıq öldüyünü bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və onu bölməyə aparıblar.
Məhkəmə iclasında Ravil Baybəyov ittiham üzrə özünü qismən təqsili hesab edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını və ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Ravil Baybəyov 16 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR