İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalist Məhəmmədəli Qəribli bundan sonrakı fəaliyyətini "Veysəloğlu Şirkətlər Qrupu"nun Mətbuat Xidmətinin rəhbəri kimi davam etdirəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalistin özü sosial şəbəkə hesabında yazıb:

"Dəyərli həmkarlar, dostlar və izləyicilər! Bundan sonrakı fəaliyyətimi "Veysəloğlu Şirkətlər Qrupu"nun (VŞQ) Mətbuat Xidmətinin rəhbəri kimi davam etdirəcəm. Artıq sentyabr ayının əvvəlindən yeni vəzifəmin icrasına başlamışam. Şirkət və ona aid olan biznes subyektləri böyük və əhatəli olduğu üçün, yeni iş yerimdə bir qədər adaptasiya olunmağım, strukturla ətraflı tanışlığım lazımdır.

Hələlik bu proses uğurla davam edir. Çalışacayıq ki, "Veysəloğlu Şirkətlər Qrupu" ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin. Media nümayəndələrinin şirkəti əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram. Əminəm ki, dəyərli həmkarlarımız bu əməkdaşlığa dəyərli töhfələrini əsirgəməyəcəklər".

Qeyd edək ki, Məhəmmədəli Qəribli uzun müddət media sahəsində çalışıb. Ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor və baş redaktor kimi fəaliyyət göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR