İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı zəlzələ bölgəsindəki uşaqları belə sevindirdi - RƏNGARƏNG GÖRÜNTÜLƏR

Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri və əməkdaşları hazırda Türkiyənin zəlzələdən əziyyət çəkən bölgəsindədir və uşaqların əylənməsi, zəlzələ şokunu atlatması üçün əlindən gələni edir.

Federasiyanın başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlu Musavat.com-a bildirib ki, onlar dünən Hatay Samandağdakı Mədəniyyət Mərkəzi olan Çadırkentdə uşaqlarla ənənəvi küçə oyunları oynayaraq xoş bir gün keçiriblər.

"Uşaq Oyunları və İdman Klubları Federasiyası olaraq zəlzələ bölgəsində uşaqlarımızla oyunlar oynamaq üçün fəaliyyətimizə başladıq. Onların gözəl üzlərindəki təbəssümün və necə xoşbəxt olduğumuzun şahidi olduq" - M.Mutlu deyib.

İş adamı, həmçinin bildirib ki, onlar bu gün Antakya-Mərkəzdə, Hataydakı Afad çadırları olan ərazilərdə uşaqlarla əyləncəli vaxt keçirib, onlara hədiyyələr çatdırıblar: "Növbəti dayanacağımız Defne rayonu və Samandağ qəsəbəsi olacaq. Uşaqlarımızın üzündəki təbəssümü görməyi arzu edirik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR