İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış idmançı 23 yaşında öldü

Tanınmış jokey Stefano Çörçi vəfat edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, o, 23 yaşında həyatla əbədi vidalaşıb. Çörçinin ölümünə səbəb 2 həftə əvvəl yarış vaxtı keçirdiyi qəza olub.

Ötən ay Kanberrada keçirilən at yarışlarında iştirak edənlər arasında italyan jokey də olub. Yarış başlayandan dərhal sonra təhlükəli hadisə baş verib. 23 yaşlı idmançı atdan yıxılaraq huşunu itirib. Ona elə yarış yolunda tibbi yardım göstərilib, sonra isə xəstəxanaya aparılıb. Çörçi iki həftə palatada qalıb.

Müayinədən sonra italiyalının ağır kəllə-beyin travması aldığı və daxili qanaxma keçirdiyi məlum olub. Nəticədə o, farmakoloji komaya salınıb.

Ötən gün isə Böyük Britaniyanın "The Mirror" qəzeti kədərli xəbər yayımlayıb. Həkimlərin səyinə baxmayaraq, italyan jokeyin vəfat etdiyi bidlirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR