İnsanlara hürriyət, millətlərə istiqlal!

Talış kəndində bayram konserti keçirilir - FOTOREPORTAJ

Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, konsert proqramı cəngi sədaları ilə açılıb.

Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb. Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.

Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.

Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR