İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” tərk edilmiş hərbi bazaları xüsusi iqtisadi zonalara çevirməyə hazırlaşır

Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımını təşviq etmək üçün biznes və ticarət mərkəzlərinə çevriləcək.

Report xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının rəhbərliyi qərar verib.

Əfqanıstanın müvəqqəti hökumətinin iqtisadi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Baradar xarici qüvvələrin qalan hərbi bazalarının tədricən nəzarətə götürülməsi və xüsusi iqtisadi zonalara çevrilməsi barədə göstəriş verib.

Qeyd edilir ki, dəyişikliklər ilk növbədə Kabildəki və Əfqanıstanın şimalındakı Balx vilayətindəki bazalara aid olunacaq. Onların arasında Kabildən 70 km şimalda yerləşən Baqram bazası da var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR