İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - VİDEO

“Ayıq sürücü” xidmətindən çağırılan sürücünün sərxoş olması ilə bağlı açıqlama verilib.

Vətəndaş Tural Hüseynov xezerxeber.az-a bildirib ki, sürücünün sərxoş olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.

Paytaxt sakini qeyd edib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir.

Məsələ ilə bağlı sözügedən “ayıq sürücü” xidmətindən bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir.

Belə ki, müştəriyə təyin edilən sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si işləmək üçün yerinə Fərid adlı dostunu göndərib.

“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”, - deyə şirkətin nümayəndəsi bildirib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR