İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi şirkəti ekspertin fikirlərini təkzib etdi: “Biz Azərbaycan şirkətiyik, nəinki... “

“Azərbaycan bazarında 5 xarici investisiyalı taksi şirkəti fəaliyyət göstərir:
Uber (Rusiya, bu brendin MDB-də sahibi “Yandex”dir)
Yango (Rusiya, Yandex)
Bolt (Estoniya)
Maxim (Ukrayna)
Uklon, (Azərbaycan, Umico, PAŞA Holdinq)”.

Tanınmış İT eksperti Osman Gündüzün “Yeni Müsavat”da dərc edilən "Xaricdən gələn naməlum zənglər - telefon nömrələrimiz necə ələ keçir..." məqaləsindəki bu fikirləri ilə bağlı “Maxim” şirkəti açıqlama verib.

Şirkətin mətbuat xidmətindən Musavat.com-a verilən açıqlamada bildirilir:

“Xəbərdə qeyd olunub ki, Ukrayna şirkətiyik. Bu belə deyil. Biz 2017 ildən etibarən "Maxim" taksi sifarişi xidməti brendi altında işləyən müstəqil Azərbaycan şirkətiyik. Bu halda şirkətimizin fəaliyyət göstərdiyi ölkə kimi mötərizədə Azərbaycanın göstərilməsi düzgündür. Həmçinin, data bazalarının yerləşməsi ilə bağlı şübhələr bildirmək düzgün deyil. "Maxim" ölkənin bütün qanunlarına, həmçinin də fərdi məlumatların məxfiliyinə riayət edir. İstifadəçilərin fərdi məlumatları Azərbaycan daxilindəki avadanlıqlarda saxlanılır. Onları yalnız rəsmi müraciət əsasında ölkənin hüquq-mühafizə orqanları əldə edə bilər”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR