İnsanlara hürriyət, millətlərə istiqlal!

TAİB nümayəndələrinin adına Ankarada ağac əkiləcək - Sertifikatlar təqdim olundu

Türkiyə Qazi Universitetinin Orman Bölgə Müdirliyi ilə birgə həyata keçirdiyi yaşıllaşdırma layihəsi çərçivəsində TAİB-in adıçəkilən təhsil ocağını ziyarət etmiş nümayəndələrinin hər birinin adına Ankarada ağac əkiləcək.

Bunu təsdiq edən xüsusi sertifikatlar Qazi Universitetinin rektoru, professor Musa Yıldız tərəfindən TAİB nümayəndələrinə təqdim olunub.

TAİB-in nümayəndə heyətinə sədr, akademik Sudeif İmamverdiyev, Türk dünyası üzrə həmsədr Hulusi Kılıç, İdarə Heyətinin üzvü Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.


"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da qonaq qismində görüşlərdə iştirak edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR