İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimlidən oğurlanan sənət əsərləri ilə bağlı müraciət

Deputat Tahir Kərimli Milli Məclisin iclasında çıxış edərək öncə lotareya oyunları ilə bağlı narahatlığını bildirdi.

Musavat.com xəbər verir ki, deputat qeyd etdi ki, bu sahədə şəffaflığın təmin edilməməsi vətəndaşların aldadılmasına gətirib çıxarır. Daha sonra T.Kərimli çox ilginc bir məsələdən bəhs etdi: “Yanvarın 10-da mədəniyyətimizlə bağlı ciddi bir hadisə baş verdi. 1999-2000-ci ildə Azərbaycandan oğurlanan 700-ə yaxın əsərin “Ebay” platformasına satışa çıxarıldığı üzə çıxdı”-deyə deputat bildirdi.

T.Kərimli əlavə etdi ki, həmin 700 əsərlərdən 650-yə yaxını bizim rəssamlarımıza məxsusdur: “Mən hesab edirəm ki, Səttar Bəhlulzadə Azərbaycanın Van Qoqudur. Əgər həmin əsərlər Van Qoqun imzası ilə satışa çıxarılsaydı, qiyməti 18 milyon dollar olardı. Bu məsələ ilə bağlı müvafiq qurumların lazımi işləri görməsi vacibdir. Mədəniyyət sahəsində bu cür özbaşınalığın qarşısını almaq lazımdır”. Deputat səlahiyyətli orqanları məsəniyyət və incəsənətimizin qəsdinə duranlara qarşı mübarizəyə çağırdı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR