Onlayn ictimai-siyasi qəzet
Tacikistanda Cinayət Məcəlləsinə elektrik enerjisinin oğurlanmasına görə cinayət məsuliyyətini nəzərdə tutan dəyişikliklər qüvvəyə minib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, dəyişikliklər prezident Emoməli Rəhmonun təşəbbüsü ilə ölkə parlamentinin aşağı palatası tərəfindən təsdiq edilib. Dövlət başçısı bundan əvvəl enerji itkilərinin miqyasından narahatlığını bildirib və qeyri-qanuni birləşmələrə qarşı sərt tədbirlərin görülməsini təklif edib.
Yeni normalara görə, elektrik sayğacının işinə müdaxilə etməyə və ya qoşulma üsulundan yan keçməyə görə, indi 41 min somoniyə qədər cərimə və ya üç ilədək həbs cəzası gözləyir. Pozuntu bir qrup şəxs tərəfindən və ya öz qulluq mövqeyindən istifadə etməklə törədilibsə, cəza daha sərt olacaq - altı ilədək həbs. Əgər işdə mütəşəkkil qrup iştirak edirsə və ya söhbət xüsusilə böyük ziyandan gedirsə, müddət 10 ilə çata bilər.
Bununla belə, sanksiyaların yumşaldılması imkanı təmin edilir. Əgər təqsirkar məhkəmə qərarı çıxarılana qədər dəymiş ziyanı könüllü olaraq ödəyirsə, cəza yalnız cərimə ilə məhdudlaşdırıla bilər.
Əvvəllər belə hərəkətlər inzibati xəta kimi tövsif edilib və ağır nəticələrə səbəb olmayıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ