İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan millisi də Rusiya yığması ilə oynamaqdan imtina etdi

Tacikistan Futbol Federasiyası Rusiya Futbol İttifaqının (RFU) noyabrda milli komandalar arasında yoldaşlıq oyunu keçirmək təklifindən imtina edib. Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb.

Tacikistan Futbol Federasiyasından agentliyə bildirilib ki, artıq milli komandanın noyabr üçün oyunları planlaşdırılıb: "RFU hələ iyun-iyul aylarında təklif irəli sürmüşdü, lakin noyabrda ev matçlarını planlaşdırmışdıq".

Rusiya yığması üçün növbəti təlim-məşq toplanışı oktyabrın 7-dən 15-dək baş tutacaq. RFU-nun baş katibi Maksim Mitrofanov jurnalistlərə bildirib ki, təlim-məşq toplanışı təşkilat Valeri Karpinin yetirmələrinə rəqib tapmasa belə baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Pakistan Futbol Federasiyası sentyabrın ortalarında Rusiya yığması ilə oktyabra nəzərdə tutulan yoldaşlıq görüşünü ləğv edib.

Noyabrda Rusiya millisinin yoldaşlıq görüşlərindəki iki rəqibindən biri Suriya yığması olmalıdır, tərəflər müqavilə imzalamağa yaxındır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR