İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski bu yolla təşəbbüsü ələ alır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa görüş təklif etməklə siyasi təşəbbüsü öz əlinə alıb və Kreml üzərində təzyiqi artırıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, Putin 30 günlük atəşkəs təklifini rədd etdikdən sonra Kremlin rəhbərinin ritorikası xüsusilə hesablanmış şəkildə qurulub.

Məqsəd Avropanın tələblərini rədd etmək, lakin eyni zamanda Tramp administrasiyasının diqqətində “konstruktiv mövqe” nümayiş etdirmək olub. Nəşr vurğulayır ki, Tramp administrasiyası yaxın vaxtlara qədər Kiyevdən çox Moskvaya daha yumşaq yanaşırdı.

“The Guardian” yazır ki, nadir hallarda səfərlərə çıxan Putini danışıqlara razı salmaq və ya açıq şəkildə bundan imtina etməyə məcbur etməklə Zelenski təşəbbüsü Kreml sahibindən almağa nail olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR