İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp iş kabinetini həyatına sui-qəsd cəhdini əks etdirən heykəlciklə bəzəyib

Ağ Evin oval kabinetində ABŞ prezidenti Donald Trampa sui-qəsd anını əks etdirən heykəl peyda olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, heykəçiyin görüntüləri bir anda bir neçə Amerika mediası tərəfindən nümayiş etdirilib.

Heykəlcik dövlət başçısının stolunun üstündə durur. O, Tramp rəsmi sənədləri imzalayarkən kameralara tuş gəlib. Bu, 2024-cü ilin iyulunda çəkilmiş məşhur fotoşəkilin reproduksiyasıdır. Şəkildə o vaxtkı prezidentliyə namizəd güllə qulağına dəydikdən dərhal sonra zəfərlə yumruğunu qaldırır.

Heykəlciyin müəllifi heykəltəraş Sten Uottsdur. O, üç metrlik tuncdan eyni hadisəyə həsr olunmuş abidə yaratmağı planlaşdırır.

Donald Trampa hücum 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki kampaniyası zamanı baş verib. Kəşfiyyat orqanlarının məlumatına görə, 20 yaşlı Tomas Metyu Kruks yaxınlıqdakı binanın damından Trampa atəş açıb, lakin mühafizəçilər tərəfindən tez bir zamanda zərərsizləşdirilib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR