İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

"Hamburq" futbol klubunun qələbəsi şərəfinə Almaniyanın eyniadlı şəhərində keçirilən mərasimlər zamanı 44 azarkeşə tibbi yardım göstərilib.

Oxu.Az xəbər verir ki, bir nəfər həyatı üçün təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 19 futbol azarkeşi ağır, 5 nəfər isə yüngül xəsarətlərlə yaxınlıqdakı klinikalara müraciət edib.

Bildirilir ki, tamaşaçılar tribunalardan meydançaya tullanıblar. Bundan əlavə, bəziləri matçdan sonra baş verən dava-dalaş nəticəsində xəsarət alıb.

Xatırladaq ki, ötən gün "Hamburq" "Ulm" klubu ilə oyunda 6:1 hesabı ilə qalib gəlib və Bundesliqaya vəsiqə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR