İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzalar, zəlzələlər… - Əqrəb dolunayı nə vəd edir?

Bu gün əqrəb bürcündə Dolunay gerçəkləşəcək. Bu Dolunayla uzun müddətdir görmək istəmədiyimiz şeyləri görməyə və gördüklərimizi qəbullanmağa məcbur olacağıq.

Musavat.com xəbər verir ki, maskaların düşdüyü və həqiqətin bütün çılpaqlığı ilə üzə çıxdığı vaxtlardır.

Güclü emosiyalar, qısqanclıq, qəzəb üzə çıxa bilər. Bu dövrdə enerji itkisi, narahatlıq arta bilər. Nəzarət və manipulyasiya arzusu münasibətlərə zərər verə bilər.

Əqrəb qorxulu görünsə də, zəhəri ilə sağalma gücünə malikdir. Həm də sizə zərər verən vərdişlərdən əl çəkməyin vaxtıdır. İntuisiyanıza qulaq asın və təhlükə hiss etdiyiniz zaman məntiqə qapılmayın.

Uranın təsiri altında gözlənilməz hadisələr baş verə bilər. Nüvə enerjisi, elektrik stansiyaları, müharibə, təhdidlər, iğtişaşlar və etirazlar, elektrik enerjisinin kəsilməsi, hava şəraitinin qəfil dəyişməsi, qəzalar, zəlzələlər baş verə bilər.

Əqrəb dolunayının təsirləri nələrdir?

Emosional qarşıdurmalar:

Basdırılmış hisslər üzə çıxa bilər. Münasibətlərdə dürüstlük və açıqlıq ön planda olacaq.

Məxfi məlumatların açıqlanması:

Sirlər və ya hadisələri aşkarlana bilər.

Dönüşüm vaxtı:

Köhnə vərdişlərdən, zəhərli bağlılıqlardan və sizi yoran vəziyyətlərdən əl çəkməyin vaxtıdır.

Artan intuitiv səlahiyyətlər:

Xəyallar, fikirlər və intuisiya güclənəcək. Daxili səsinizə qulaq asın.

Maliyyə məsələləri:

Ortaq gəlir, miras, borclar və investisiyalarla bağlı inkişaf ola bilər.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR