Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin Qurban bayramına sayılı günlər qaldığından Türkiyədə milyonlarla təqaüdçü bu ilki bayram bonuslarının nə vaxt yatırılacağı və artımın olub-olmayacağı ilə maraqlanır.
Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, bu ödənişlər 6-9 iyun tarixləri arasında qeyd olunacaq bayrama qədər hesablara köçürüləcək.
SGK Baş Mütəxəssisi İsa Karakaş pensiya mükafatları ilə bağlı gözləntilərə aydınlıq gətirib.
O, Ramazan bayramında verilən 4000 TL-lik mükafatın Qurban bayramı üçün də keçərli olacağını bildirib. Karakaş qeyd edib ki, Ankarada kulisdən aldığı təəssüratlara əsasən, bu il artım gözlənilmir.
Musavat.com
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ