İnsanlara hürriyət, millətlərə istiqlal!

Suvarma sistemlərinin quraşdırılmasına 1,7 milyon manat ayrılıb

"2022-ci ilin məhsulu üçün payızlıq əkinlər üzrə 428 mindən çox, yazlıq əkinlər üzrə isə 392 mindən çox suvarma qrafiki fermerlər tərəfindən imzalanaraq Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında dərc edilib".

Musavat.com-un xəbərinə görə, "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinqdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib ki, dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində salınmış üzüm bağları, deqradasiyaya uğramış ve bonitet balı aşağı olan torpaq sahələrində salınmış intensiv nar və zeytun bağları, boş olan meşə fondu torpaqlarında dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağları, damcı-suvarma sistemi ilə təmin olunmuş kivi, limon, portağal və naringi bağlarının hər hektarına görə fermerlərə yüksək məbləğli birdəfəlik əkin subsidiyası verilir:

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən suya qənaət edilməsi məqsədi ilə müasir suvarma sistemindən istifadə edilməsi təşviq edilir. Belə ki, Nazirliyin xətti ilə 2022-ci il ərzində 4736 hektar damcılı, 3435 hektar pivot tipli, 44 hektar yağış yağdırma suvarma sistemləri olmaqla, 8216 hektar ərazidə müasir suvarma sistemlərinin quraşdırılması, o cümlədən 4 ədəd tamburlu suvarma sisteminin maliyyələşdirilməsi məqsədilə 1,7 milyon manat həcmində kredit və 9,3 milyon manat həcmində güzəşt ayrılıb".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR