İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşanı satdığınız yerdəsiniz!” - Deputatdan partiya sədrlərinə sillə kimi sözlər...

Erməni terroruna qarşı siyasi partiyaların imzaladığı bəyanatda 3 təşkilatın adını görməmək əslində məni qətiyyən təəccübləndirmədi. Çünki öyrəncəliyik. Alışmışıq. Təəccüblü o olardı ki, imzalayardılar.

Dövləti “tövlət”, dövlətçiliyi “tövlətçilik” adlandıran və hələ bununla fəxr edən kəslərin beyni hər halda başqa istiqamətdə çalışa, başqa gözləntini, təfəkkürü, yanaşmanı hasil edə bilməzdi. Təbii, belə də davranacaqdılar. Əzəldən olduğu kimi.

FETÖ tör - töküntüsünün müdafiəsini Qəhrəman əsgərlərimizə dayaq durmaqdan daha üstün tutanlar, Azərbaycana beynəlxalq təşkilatlarda sanksiya tələb edənlər, Ukrayna bir məhəlləni geri qaytararkən “Slava Ukraina” yazıb da öz vətənində Şuşanın işğaldan azad olunmasına sevinməyənlər, Əli Kərimli kimi siyasi qolçomaqlar, Arif Hacılı kimi buqələmunlar, İlqar Məmmədov kimi hətərəm-pətərəmlər hələ də fərqində deyillər ki, daşıdıqları pasportun üzərində meksikalı, belçikalı, yəmənli deyil, azərbaycanlı sözü yazılıb. Bu siyasi nankorlar hələ də başa düşmürlər ki, Vətən və Qarabağ məhfumu prinsip aparmaq, hikkə göstərmək, naz etmək üçün səbəb, məqsəd, məqam ola bilməz. AXCP, Müsavat, ReAL adında partiyalar hələ də anlamırlar ki, siyasi qələt siyasi səhvin də fövqündə duran bir ayıbdır, rəzillikdir, utancvericilikdir!

Səhər “feysbuk” səhifəsində oxudum. Fuad Qəhrəmanlı vicdandan dəm vurmuşdu. Alın, bu da sizə vicdan. Hələ heç statusun mürəkkəbi qurumamış necə “vicdanlı” olduqlarını sübut elədilər. Milli və siyasi birlikdən kənar qalaraq. Şəhidlərimizin ruhuna hörmətsizlik edərək. Paşinyanın dəyirmanına su tökərək. Haralardansa gələn sifarişləri öz xalqının maraqlarından üstün tutaraq.

Gözünüzə girsin, sizin vicdanınız!

Əli Kərimli 1 ay əvvəl özünü az qala “həlak” edirdi. Partiyam əldən gedəcək deyə. Adama demək ki, bu günlər üçün lazımmış partiya. Vurmaq, badalaq atmaq, namərdcəsinə davranmaq üçün. Düşmən əlinə oynamaq üçün. Riyakarlığı, vətən xainliyini rəsmi şəkildə, qeydiyyatlı formada realizə etmək üçün!

7 polisimizin qətli, mülki azyaşlının düşmən gülləsinə tuş gəlməsi əgər sizlər üçün bir Bəydəmirli, İbadoğlu dəyərində deyilsə, o zaman vallah ki gedib soyadınızı dəyişin. Hacıyan edin, Kərimyan edin, Məmmədyan edin.

Sizlər üçün hakimiyyət sevdası, çirkin məqsədlərə hesablanan ambisiyalar Xankəndindən daha önəmlidirsə, demək ki, 30 il ərzində yarım qram da olsa dəyişməmisiz, Şuşanı satdığınız yerdə qalmısız, Rəhim Qazıyevin, Tofiq Qasımovun məntiqindən o yana keçə bilməmisiz, günbəgün daha da cılızlaşmısız, ridumentləşmisiz, kiçilmisiz.

Erməni lobbisinin 3 kisəsindən eyni anda maliyyələşən Sevinc Osmanqızının, Qənimət kimi Makron aşiqinin verilişinə çıxıb hədyanlar söyləmək Qarabağ naminə Milli Birlik bəyanatına imza atmaqdan daha vacibdirsə, o zaman sizin qibləniz şeytan qibləsidir, məhək daşınız xəyanətdən yoğrulub, məfkurəniz Arutunyanın, Xaçaturyanın məfkurəsi ilə siam əkizidir...

P.S. Göydən 3 almanın deyil, 3 daşın düşmə zamanıdır.

Xəyanətkarların təpəsinə...

Elshen_Musayev.jpg (288 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR