İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada QANDONDURAN görüntülər

“Şuşada aşkarlanan 6 nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb”.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir:

“Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR