İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan: “Paşinyandan prinsipiallıq gözləmək mənasızdır” 

“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan baş nazir Nikol Paşinyanı prinsipiallıqdan uzaq siyasət aparmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Erməni deputatın iddiasına görə, Paşinyan tez-tez ziddiyyətli bəyanatlar verir:

“Paşinyan səhər bir söz deyir, günorta onu inkar edir, axşam isə “mən bu mövzuya toxunmamışam” söyləyir. Bu, ilk hal deyil və təəssüf ki, sonuncu da olmayacaq. Belə siyasətçidən prinsipiallıq gözləmək sadəcə vaxt itkisi deməkdir”.

Xaçatryan Paşinyanın ABŞ-la bağlı mövqeyinin də qeyri-sabit olduğunu iddia edib. O xatırladıb ki, yanvarda Ermənistan ilə ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb, münasibətlər yüksək səviyyədə təqdim olunub, lakin yaxın günlərdə Paşinyan ölkəsinin ABŞ-la münasibətlərinin “Bayden dövründən pis olmadığını” bəyan edib:

“Bir dəfə təriflər yağdırır, sonra isə fərqli açıqlama verir. Bu, prinsipial siyasət deyil”.

Erməni revanşistin sözlərinə görə, əgər doğrudan da Ermənistan və Azərbaycan arasında sülh mövcuddursa, onda ayrıca sülh sazişi imzalamaq nəyə lazımdır:

“Əgər hər şey qaydasındadırsa, niyə böyük pullar xərclənib bahalı səfərlər edilir? Əgər hələ şərtlər lazımdırsa, deməli, bu, sülh yox, sadəcə atəşkəsdir”.

O, Ermənistanın bir tərəfdən Hindistanla yaxınlıq etməsi, digər tərəfdən isə Pakistanla əlaqələr qurmasını da tənqid edərək bunu qeyri-sabit və təhlükəli siyasət adlandırıb:

“Bir yataqdan çıxıb o birinə, sonra üçüncüyə və dördüncüyə atılırsınızsa, nəticə aydındır. Tarixdə çoxlu nümunələr var ki, eyni anda onlarla stulda oturmağa çalışanlar sonda yerə çırpılıblar. Ermənistanda da vəziyyət elədir – bizdə həqiqətən dost olan, “sizin yanınızdayam” deyən bir dövlət yoxdur. Bu isə birbaşa prinsipiallıqdan uzaq siyasətin nəticəsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR