Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub.
Bu təkliflə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib.
Onun sözlərinə görə, Şuşada belə muzeyin yaradılması böyük marağa səbəb ola bilər:
"Həmin muzeydə Azərbaycan mətbuatının qədim dövrdən bu günədək keçdiyi yolun əks olunması Şuşaya səfər edəcək əcnəbi turistlər üçün də maraqlı olar".//Report
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ